AZ | EN | RU

Haqqımızda



«XEROPC» şirkəti 1994-cü ildən Azərbaycanda ABŞ-ın məhşur XEROX şirkətinin səlahiyyətli distirbyutoru, 2005-ci ildən isə XEROX şirkətinin rəsmi “Premyer-Partnyoru” olaraq fəaliyyət gostərir. Əsas fəaliyyətimiz XEROX şirkətinin bütün növ avadanlıqlarının satışı və servisi ilə bağlıdır.

Şirkətimiz Azərbaycanda XEROX şirkətinin müxtəlif formatlı, ağ-qara və rəngli çap avadanlıqlarının, sürətçıxaran aparatların, mühəndis maşınlarının, skaner və faks aparatlarının satışı və servis xidmətləri ilə məşğuldur. Satdığımız hər bir avadanlığa Avropada ixtisaslaşmış mühəndislər tərəfindən yüksək səviyyəli təminat və təminat müddətindən sonra texniki xidmət göstərilir. Bununla bərabər satdığımız hər bir avadanlığı keyfiyyətli çoxişlənən mallar və ehtiyat hissələri ilə fasiləsiz təmin edirik. Şirkət fəaliyyətə başladığı gündən əsas deviz kimi “yüksək keyfiyyət”, “etibarlı xidmət” və “müştəri məmnuniyyəti”-ni götürmüş və bu günə qədər bu prinsiplərlə işləməkdə davam edir.

Sürətli inkişaf edən ölkəmizdə “« XEROPC»” şirkəti ofis və poliqrafiya sahəsində müasir XEROX avadanlıqlarının satışı və keyfiyyətli servis xidmətlərinə görə məxsusi yer tutmaqdadır.

XEROX Məhsulların kataloqu 2017
Azərbaycanda  ilk VERSANT 2100 PRESS  satıldı

Azərbaycanda ilk VERSANT 2100 PRESS satıldı

Xerox hər zamankı kimi öz avadanlıq seriyasının yenilənməsi və daha da təkmilləşməsinə görə özünün ön siralardakı yerini qoruyub saxlayır. XEROPC firması olaraq Qafqazda və Azerbaycanda ilk VERSANT 2100 avadanlığının satışına nail olmuşuq.
XEROPC firması olaraq ölkəmizdə Y-SOFT Corporation  firmasının Partner-larından biri kimi fəaliyyət göstəririk

XEROPC firması olaraq ölkəmizdə Y-SOFT Corporation firmasının Partner-larından biri kimi fəaliyyət göstəririk

Biz Y-SOFT Corporation firmasının Safe-Q proqram təminatının satışı ilə məşquluq.
Artıq bu proqramı bir neçə bank, universitet və təhsil mərkəzlərində tətbiq etməyə başlamışıq.